Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradılıb. “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il 13 noyabr tarixli Fərmanla Agentliyin Əsasnaməsi təsdiq edilib. Daha ətraflı
Milli Məclisdə qida təhlükəsizliyinə dair ictimai dinləmə keçirilib
Heyvan sağlamlığı
Heyvanların identikləşdirilməsi mövzusunda görüş keçirilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi işlərinin aparılması mövzusunda Şamaxı rayonunda yerləşən heyvandarlıq təsərrüfatlarının sahibləri və fermerlərlə interaktiv görüş keçirib.
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Bruselyoz xəstəliyinə tutulmuş heyvanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi zoonoz xəstəliklərin izlənilərək ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi üçün məqsədyönlü mübarizə tədbirləri həyata keçirir.
Bitki sağlamlığı
AQTA fitosanitar monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA soğan yetişdirilən təsərrüfatlarda monitorinqlər aparıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində zərərli orqanizmlərin vaxtında aşkarlanması və yayılmasının qarşısının alınması məqsədilə mövsümə uyğun olaraq bitkiçilik təsərrüfatlarında fitosanitar monitorinqlər həyata keçirir.
AQTA biotəhlükəsizliyi təmin etmək məqsədilə bitkiçilik təsərrüfatlarında monitorinqləri davam etdirir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində biotəhlükəsizliyi təmin etmək üçün mütəmadi olaraq bitkiçilik məhsullarının ilkin istehsalı təsərrüfatlarında monitorinqlər aparır.
İdxal və ixrac
İrandan idxal olunan bəzi qida məhsulları ilə bağlı bu ölkəyə bildiriş göndərilib
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirləri çərçivəsində İran İslam Respublikasından dxal olunan bəzi qida məhsulları ilə bağlı bu ölkəyə bildiriş göndərilib.
İstehlaka yararsız qida məhsulları məhv edilib
"MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Rusiya Federasiyasından idxal edilən dondurulmuş toyuq məhsulunda salmonella aşkarlanıb
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Qida zəncirinə nəzarət
COP29 tədbiri ilə əlaqədar ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar ölkə üzrə həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.
Cəlilabadda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb
Daxil olan vətəndaş müraciəti əsasında Cəlilabad rayonu, Göytəpə şəhərində fəaliyyət göstərən “Kamal” kafesində Qida Təhlükəsizliyi Agenliyinin əməkdaşları tərəfindən yoxlama aparılıb.
Marketdə istehlaka yararsız müxtəlif növ qida məhsulları aşkarlanıb
Masallı rayonu, Ərkivan qəsəbəsində fəaliyyət göstərən “Qala” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının pozulduğu məlum olub.